Yerkökü dolması

Kök + kök + şəkilçi + kök + şəkilçi modeli əsasında formalaşmış xörək adıdır. Təbriz mətbəxində hazırlanma qaydası belədir: “Yerkökünün ortasını boşaldıb suda bir az bişəndən sonra ortasına qovrulmuş ət, soğan, ləpə, aşlıq düyüsü, sirkə və bir az da şirə doldurarlar”. (28, 309)
Yelapardı
Yetimçə
OBASTAN VİKİ
Yerkökü
Yerkökü (lat. Daucus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. "Divanü Lüğat-it-Türk"də "geşür" adlandırılan bu bitkiyə hazırda Azərbaycanın bəzi bölgələrində xalq arasında keşir, türkmən türkcəsində kəşir, tatar və başqırd türkcəsində kişir, qaraqalpaq türkcəsində geşir deyilir. Həmçinin türkiyədə "keşir salatı" və "keşir dolması" şəklində bu kəlmədən istifadə edilir. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir.
Yabanı yerkökü
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Yerkökü milçəyi
Chamaepsila rosae (lat. Chamaepsila rosae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin psilidae fəsiləsinin chamaepsila cinsinə aid heyvan növü. Yetkin milçək parlaq qara rəngdə olmaqla, yaşıla çalır. Başı girdədir, sarı-qırmızı rəngdədir, tükcüklərlə örtülmüşdür. Əmgəkdə qara ləkə vardır. Uzunluğu 4–5 mm-dir, qanadları açılmış halda 8 mm-dir. Yumurtası ağ süd rəngdə olub, oval şəkillidir. Uzunluğu 0,6 mm, eni 0,2 mm-dir. Sürfəsi solğun sarımtıl rəngdədir. Arxa kənarları girdədir.
Yerkökü şirəsi
Yerkökü şirəsi — yerköküdən hazırlanan şirə. İnsan öz vəziyyətindən asılı olaraq gündə 0,5 litrdən 3-4 litrə qədər kök şirəsi içə bilər. Bu şirə orqanizmə öz funk-siyasını normallaşdırmaq imkanı vеrir. Kök şirəsi A vitamininin ən zəngin mənbəyidir. Onda həmçinin çoxlu miqdarda B, C və D vitaminləri var. Kök şirəsi iştahı və qida həzmini yaxşılaşdırır, həmçinin dişlərin vəziyyətinə yaxşı təsir еdir. Çiy kök şirəsi yaraları sağaltmaq və hətta xərcəng şişini aradan qaldırmaq qabiliyyətinə malikdir. O, immunitеti artırır, görmənin yaxşılaşmasına və göz xəstəliklərinin (oftolmiya və konyuktivit) müalicəsinə kömək еdir. Kök şirəsi nəfəs orqanlarının işini normalaşdırır, çənənin üz tərəfinin xəstəliklərindən azad olmağa kömək еdir. Kök şirəsi əsəb sistеmini möhkəmlədir, unikal еnеrji və güc mənbəyidir.
Əkin yerkökü
Əkin yerkökü (lat. Daucus sativus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü.
Alma dolması
Qoyun əti-60q, Ərinmiş yağ-10q, Alma-200q, Baş soğan-15q, Şəkər-5q, Üzüm sirkəsi −10q, Zəfəran-0,1 q, Duz-10 q. Qoyun ətindən qiymə yağda qızardılır, üzərinə şəkər və sirkə əlavə edib hazır vəziyyətə çatdırılır. Orta ölçülü yumru almaların özəyi çıxarılır. Hazırlanmış almaya qiymə doldurulur və azacıq bulyonda bişirilir. Süfrəyə verildikdə üstünə yağda qızardılmış soğan qoyulur.
Badımcan dolması
Badımcan dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == qoyun əti – 163 q, badımcan – 300 q, baş soğan – 20 q, ərinmiş yağ – 20 q, pomidor – 50 q, göyərti (reyhan, keşniş) – 15 q, darçın – 0,2 q, qatıq – 50 q, istiot −0,1 q, duz. == Hazırlanma qaydası == Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1–2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür.
Bağırsaq dolması
Bibər dolması
Bibər dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == Qoyun əti — 163 q. Bibər — 215 q. Düyü — 15 q. Baş soğan — 20 q. Qoyun quyruğu — 20 q. Ərinmiş yağ — 20 q. Qatıq — 50 q. Darçın — 0,1 q. İstiot — 0,1 q.
Göbələk dolması
Göbələk dolmasını hazırlamaq üçün fırının üst gözü yandırılır. Göbələklər təmizlənir və saplaq hissələri göbələklər zədələnmədən çıxarılır. Yağ ayrıca tavada əridilir. Göbələklər güvəcə yığılır, duz və istiot vurulub 2 xörək qaşığı əridilmiş yağ göbələklərin üzərinə çəkilir. Güvəc fırına qoyularaq göbələklər yarıbişmiş hala gətirilir. İçlik üçün pendir və xırdalanmış çörək içi qarışdırılır. Yarıbişmiş göbələklər fırından götürülüb içləri doldurulur və qalan əridilmiş yağ üzərlərinə tökülür. Göbələklər yenidən fırına qoyulur və 200 dərəcə temperaturda, üstləri qızaranadək bişirilir. Süfrəyə cəfəri ilə birlikdə verilir. Azərbaycan kulinariyası ensiklopediyası.
Hamsi dolması
Hamsi (kilkə) Dolması — Türkiyənin Qara dəniz sahillərində ən sevilən yeməklərdən biridir və "hamsi dolması" adı ilə məşhurdur.
Heyva dolması
Heyva dolması - Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. Qoyun əti - 108q heyva - 400q, ərimiş yağ - 25q, şabalıd - 25q, şüyüd - 12q, şəkər - 5q, duz. Qoyun ətindən hazırlanmış qiyməyə duz, göyərti və qabıqdan təmizlənmiş şabalıd qatılır.
Kabaçok dolması
Kabaçok dolması — Avropa mətbəxinə aid yeməklərdən biri. Kabaçok, toyuq əti (sümüksüz), soğan, kök, pendir günəbaxan yağı ilə hazırlanır, paprika, istiot kimi ədviyyatlar və duz əlavə olunur.
Kələm dolması
Pamidor dolması
Pomidor dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. Qoyun əti — 163 q. Pomidor — 300 q. Baş soğan — 20 q. Ərinmiş yağ — 20 q. Göyərti (reyhan, keşniş) — 15 q. Darçın — 0,2 q. Qatıq — 50 q. İstiot — 0,1 q. Duz Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır.
Pip dolması
Pip dolması — Azərbaycan milli xörəyi. Pip yarpaq-vələs ağacının yarpağı olub müalicəvi, yumşaq və çox nazik qalınlığa malikdir. Pip yarpağı bahar fəslində ildə cəmi bir dəfə 2–4 gün ərzində yalnız nazik yarpaqları yığılır. Pip yarpağının üstünlüyü milli yeməyimiz olan dolmanı daha da dadlı və təkrarolunmaz etməsidir. Hazırlanmasında lazım olan ərzaqlar: Quzu əti – 108 q. Düyü – 30 q. Baş soğan – 20 q. Göyərti (keşniş, şüyüd və nanə) – 15 q. Pip-(vələs) yarpağı – 40 q. Qatıq – 20 q.
Pomidor dolması
Pomidor dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. Qoyun əti — 163 q. Pomidor — 300 q. Baş soğan — 20 q. Ərinmiş yağ — 20 q. Göyərti (reyhan, keşniş) — 15 q. Darçın — 0,2 q. Qatıq — 50 q. İstiot — 0,1 q. Duz Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır.
Soğan dolması
Soğan dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. qoyun əti — 163 q, baş soğan — 178 q, düyü — 15 q, qoyun quyruğu — 20 q, ərinmiş yağ — 20 q, qatıq — 50 q, darçın — 0,1 q, istiot — 0,1 q, duz. Qiymə bibər dolmasında olduğu kimi hazırlanır. Lakin ona qızardılmış soğan qatılır. İri baş soğanın özəyi çıxarılıb içərisinə qiymə yerləışdirilir. Qazana yığıb azacıq bulyon əlavə edərək öz buğunda bişirilir. Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və yanına darçın qatılmış qatıq qoyulur.
Sumqayıt dolması
Sumqayıt dolması və ya ikiqat dolma — dolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək. İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir. Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki, ikiqat dolmada etibarlı hermetiklik təmin olunur; kələmə bükülmüş yarpaq özü də yaxşı bişir; kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir. Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır.
Tənək dolması
Yarpaq dolması — ümumi adı dolma olan yeməklərin üzüm yarpağı istifadə edilərək bişirilən xüsusi bir növü. Yarpaq dolmasının tərkibi digər dolmalardan bir az fərqlidir. Haqqında dəqiq tarixi məlumat çox az olsa da Türk — Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Bunu dolmanın adı sübut edir. Sonralar Osmanlı İmperiyası vasitəsilə başqa xalqların mətbəxinə daxil olmuşdur. Ət istifadə etmədən bişirilən növü dəli dolma vəya yalançı dolma adlanır.
Yarpaq dolması
Yarpaq dolması — ümumi adı dolma olan yeməklərin üzüm yarpağı istifadə edilərək bişirilən xüsusi bir növü. Yarpaq dolmasının tərkibi digər dolmalardan bir az fərqlidir. Haqqında dəqiq tarixi məlumat çox az olsa da Türk — Azərbaycan mətbəxinin əsas yeməklərindən biridir. Bunu dolmanın adı sübut edir. Sonralar Osmanlı İmperiyası vasitəsilə başqa xalqların mətbəxinə daxil olmuşdur. Ət istifadə etmədən bişirilən növü dəli dolma vəya yalançı dolma adlanır.
Əvəlik dolması
Əvəlik dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. Qoyun əti – 108q Düyü – 30q Baş soğan – 20q Göyərti (keşniş, şüyüd və nanə) – 15q Əvəlik – 40q Qatıq – 20q Əridilmiş yağ – 10q Duz-zövqə görə İstiot-zövqə görə Darçın-zövqə görə. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz,istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.
Yerkökü və çubuq
Yerkökü və çubuq — ingilis dilində idiom. "Yerkökü və çubuq" ifadəsi arzu olunan davranışa sövq etmək üçün mükafat və cəza birləşməsinin istifadəsi üçün metaforadır. Yaxşı davranışı mükafatlandırma, pis davranışı da cəzalandırma mənasına gəlir. İfadə ilk dəfə The Economist jurnalının 11 dekabr 1948-ci il buraxılışında istifadə edilmişdir. İdiom həm də qarşısında kök asaraq eşşəyi gəzdirmək mənasını verir. Siyasətdə "Yerkökü və çubuq" bəzən realist yumşaq və sərt güc anlayışına istinad edir. Bu kontekstdə yerkökü xalqlar arasında iqtisadi və ya diplomatik yardım vədi, çubuq isə hərbi əməliyyat təhlükəsi ola bilər.
Hamsi (kilkə) Dolması
Hamsi (kilkə) Dolması — Türkiyənin Qara dəniz sahillərində ən sevilən yeməklərdən biridir və "hamsi dolması" adı ilə məşhurdur.
Qoyun qolu dolması
Qoyunun qol əti ( sümüksüz) – 750 qr. İri yerkökü – 2 ədəd İsti su – 1 stəkan Tomat – 1 xörək qaşığı Qatıq – 1 xörək qaşığı Duz – zövqə görə İstiot – zövqə görə Qoyun qolunun sümüyü ət zədələnmədən çıxarılır. Ətin hər tərəfi mümkün olduğu qədər eyni qalınlığa gətirilir, ət azacıq əzilib, duz və istiot səpilir. 10 dəq.bişirilmiş yerkökülər ətin arasına qoyulub, dürmək şəklində bükülür, yanları içəri qatlanılır, açıq yerlər bizlə tikilir və ət iplə möhkəm bağlanır. Ət bir qazana qoyulur, su əlavə edilir və qazan qapaqla bağlanır. Güclü odda bir buğum qaynadılır, sonra odun səviyyəsi azaldılıb 1,5 saata yaxın bişirilir. Soba 180 °C-yə qədər qızdırlır. Bir qabda tomatla qatıq qarışdırılır, suda bişmiş ət qazandan çıxardılır və tomat-qatıq qarışığı ətin üzərinə çəkilir. Ət sobaya qoyulur və təqribən 20 dəqiqə bişirilir. Ət sobadan götürülür, ipləri kəsilir və dilimlənərək süfrəyə verilir.